Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların dəyişdirilməsi ilə bağlı əldə olunan razılaşma həyata keçirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə HƏMAS-ın İordan çayının qərb sahilinin lideri Zahir Cabarin deyib.
Onun sözlərinə görə, İsrail tərəfinin bəzi pozuntularına baxmayaraq, əldə olunan razılaşma qüvvədə qalır.