17:12
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Azərbaycanla sülhün bərqərar olması istiqamətində fəaliyyətini davam etdirir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.

“İnsanlar məndən optimist, yoxsa pessimist olduğumu soruşurlar və problem həll olunana qədər işləməli olduğumuzu anlayaraq, praqmatist olduğumu söyləyirəm. Ən vacib və əsas məsələ sülh gündəmindən yayınmamaqdır, ona görə də biz əsas məqsədin həyata keçirilməsinə diqqət yetirməli, onun üzərində işləməliyik, şübhəsiz ki, beynəlxalq ictimaiyyətin dəstəyini gözləməliyik. Ümid edirik ki, o dəstəyi alacağıq”, - Paşinyan bildirib.

Həmçinin o qeyd edib ki, Türkiyə ilə də əlaqələr bərpa olunmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər