14:15
1 659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına mane olan daha bir problem həll edilir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

“Məlum olduğu kimi, İrəvan Bakının Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün 1992-ci ildə yaradılmış Minsk Qrupunun buraxılması üçün ATƏT-ə birgə ərizə təqdim etmək tələbi ilə razılaşıb. Baş nazir Nikol Paşinyan İrəvanın belə bir addım atmağa hazır olduğunu açıqlayıb. Ermənistan baş nazirinin sözlərinə görə, Qarabağ münaqişəsi bitdiyi üçün bununla bağlı beynəlxalq formata ehtiyac oxdur. Bununla da, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması yolunda əngəllərdən biri də aradan qaldırılır”, - məlumatda deyilir.

Məqalədə qeyd olunur ki, Minsk Qrupunun amerikalı və fransalı həmsədrləri artıq 2022-ci ildən rusiyalı həmsədrlə təmaslarını dayandırıblar:

“Üstəgəl, Ermənistanın 2022-ci ildə Praqada Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıması faktı ilə bağlı hər şey kökündən dəyişdi. Rusiya Xarici İşlər Nazirliyi də Minsk Qrupunun artıq köhnəldiyini və aktuallığını itirdiyini bəyan edib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər