12:42
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya müdafiə naziri Murhaf əbu Kəsra PKK/YPG terror təşkilatına xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, nazir PKK/YPG-nin yaratdığı silahlı qrupları Müdafiə Nazirliyinin çətiri altında toplanmağa çağırıb.

“İndi danışıqlar üçün qapı açıqdır. Əgər güc tətbiq etməli olsaq, buna hazır olacağıq. Bizə neft təklif ediblər, biz neft istəmirik, qurumları və sərhədləri istəyirik”, - Kəsra deyib.

Suriya müdafiə naziri Türkiyə ilə əlaqələrə də diqqət çəkib:

“Ordunu təchiz etmək üçün Şərq və Qərb ölkələri ilə danışıqlar aparacağıq. Türkiyə ilə əlaqələrimiz əla olacaq”.

Kəsra Türkiyə Silahlı Qüvvələrinin Suriyadakı varlığını Ankara ilə müzakirə etməyə davam etdiklərini açıqlayıb.

Həmçinin o, Suriyanın rəsmi ordusuna inteqrasiya çərçivəsində ölkədəki 70-dən çox silahlı qrupla görüşlər keçirildiyini bildirib: “Hamı Müdafiə Nazirliyinin çətiri altında birləşmək fikrinə müsbət yanaşır”.

Əbu Kəsra Dəməşqin bu qüvvələrin qruplar halında orduya qatılmalarını doğru hesab etmədiyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər