00:13
277
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Müdafiə Nazirliyi respublikanın hava məkanının Türkiyəyə məxsus pilotsuz uçan aparat tərəfindən pozulması ilə bağlı xəbərləri təkzib edib.

Teleqraf.com "news.am"a istinadən xəbər verir ki, nazirlik bildirib: “Sosial şəbəkələrdə yayılan və guya pilotsuz uçuş aparatının Ermənistanın hava məkanını keçməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində Türkiyə pilotsuz təyyarəsinin bu ölkəyə daxil olması barədə məlumat yayıb. Jurnalistlərin məlumatına görə, yanvarın 26-da axşam saatlarında pilotsuz təyyarə Gümrü şəhəri üzərində hava məkanında olub və ərazini uzun müddət tədqiq edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər