26 Yanvar 22:37
243
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp TikTok-u almaq üçün bir neçə nəfərlə danışıqlar aparır və ehtimal ki, yaxın 30 gün ərzində populyar tətbiqin gələcəyi ilə bağlı qərar veriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

“Mən TikTok haqqında bir çox insanla danışmışam və TikTok-a böyük maraq var”, – Tramp Floridaya uçarkən Air Force One-da jurnalistlərə deyib.

Daha əvvəl "Reuters" xəbər vermişdi ki, müzakirələrlə tanış olan iki nəfər Tramp administrasiyasının proqrama nəzarəti əldə etmək üçü "Oracle" şirkəti ilə danışıqlar apardığını bildirib. Ağ Ev tərəfindən müzakirə edilən sövdələşmənin şərtlərinə əsasən, TikTok-un çinli sahibi ByteDance şirkətdəki payını saxlayacaq, lakin məlumatların toplanması və proqram təminatının yenilənməsi ilə artıq TikTok-un veb infrastrukturunun əsasını təşkil edən Oracle məşğul olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər