Almaniya kansleri Olaf Şolts ABŞ Prezidenti Donald Trampın neft və qaz ixracını artırmaq planlarını alqışlayıb və bunun Avropa üçün xeyirli olduğunu deyib.
Teleqraf.com Almaniyanın “Handelsblatt” qəzetinə istinadən xəbər verir ki, müsahibəsində Şolts bu addımın əsrin ortalarına qədər davam edəcək iqlim neytrallığına keçidə kömək edəcəyini söyləyib.
“Dünya bazarında təklifin artırılması enerji daşıyıcılarının qiymətinin aşağı salınması deməkdir”, - kansler bildirib.
Şolts Trampı yeni mayeləşdirilmiş təbii qaz terminalları tikmək istəyinə görə də tərifləyib. .
Eyni zamanda Almaniya kansleri Trampın ötən həftə Paris iqlim sazişindən çıxmaq qərarından təəssüfləndiyini bildirib. “Qlobal istiləşmə ciddi təhlükə yaradır” deyən Şolts Almaniyanın iqlim siyasəti sahəsində mövqeyini qoruyub saxlamağa davam edəcəyini bildirib.