Fələstin dövləti Qəzza zolağı ilə bağlı öhdəlikləri öz üzərinə götürməyə hazır olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fələstin prezident administrasiyasının kommünikesində deyilir.
“Fələstin dövləti Qəzza zolağına iki dövlətli həllə (Fələstin və İsrail dövlətlərinin dinc yanaşı yaşamasını nəzərdə tutur – red) əsaslanan ədalətli və davamlı sülhə nail olmaq üçün səyləri davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyir.
Fələstin administrasiyası İsrailin Qəzza zolağının Fələstinin qalan hissəsindən ayrılması və əhalisinin köçürülməsinə yönəlmiş siyasətinin təhlükəli nəticələri barədə xəbərdarlıq edib: "Bu regionda sabitliyi pozacaq və Fələstin dövlətinin və qonşu ərəb ölkələrinin suverenliyinə xələl gətirəcək".
"Fələstin xalqı və onun rəhbərliyi Qəzza zolağı, İordan çayının qərb sahili və Şərqi Qüds də daxil olmaqla Fələstin torpaqlarının birliyini pozmağa yönəlmiş istənilən siyasəti və ya hərəkəti qəti şəkildə rədd edir. Beynəlxalq prinsipləri pozmağa yönəlmiş istənilən cəhd rədd edirik”, - kommünikedə vurğulanır.
“Fələstin xalqı və onun Fələstin Azadlıq Təşkilatı (FAT) tərəfindən təmsil olunan qanuni rəhbərliyi ölkə üzərində müstəsna gücə malikdir”, - prezident administrasiyası bildirib.