Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli şəhəri, N.Nərimanov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Qurumdan Teleqraf.com-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 45kv.m. olan yardımçı tikilinin tavanı 15kv.m. sahədə yanıb və içərisindəki ev quşları tələf olub. Tikilinin qalan hissəsi yanğından mühafizə edilib.