00:34
253
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstan və Azərbaycan nümayəndə heyətlərinin AŞPA-da fəaliyyətlərini dayandırması təsisatın siyasətinin böyük iflasıdır”.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin üzvü, “Xalqın gücü” partiyasının beynəlxalq əlaqələr üzrə katibi Eka Sepaşvili deyib.

Onun sözlərinə görə, Gürcüstanın AŞPA-da təmsil olunmaması ölkə üçün zərərli olmayacaq.

“Bu, AŞPA-nın özü üçün ziyanlı olacaq, çünki onların müvəffəqiyyətsizliyə uğramasıdır. Xüsusən də nəzərə alsaq ki, ötən il Azərbaycan nümayəndə heyətinin mandatı təsdiqlənməyib. İndi də Gürcüstan nümayəndə heyəti Assambleyanı tərk edib. Belə çıxır ki, AŞPA regionun iki mühüm ölkəsini demokratik təsisatsız qoyub və bu da onların uğursuzluğudur”, - deputat söyləyib.

E.Sepaşvili Gürcüstan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dayandırmaqla bağlı qərarını yüksək qiymətləndirdiyini bildirib və əlavə edib ki, qurumun qətnaməsində yer alan şərtlər Gürcüstana qarşı ədalətsiz, qeyri-demokratik olmaqla yanaşı qeyri-Avropa yanaşması idi.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər