12:13
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Qafqaz regionunda vəziyyət qeyri-sabit olaraq qalır, Azərbaycan və Ermənistan arasında nizamlanma prosesi hələ də davam edir.

Teleqraf.com xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov deyib.

Rusiyalı generalın sözlərinə görə, ən əsas məsələ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır.

“Həll prosesi davam edir, bunun mərkəzi aspekti Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və sülh müqaviləsinin bağlanmasına hazırlıq işləridir. Bölgədəki gərginlik Qərb dövlətlərinin Cənubi Qafqazda öz təsirlərini gücləndirmək cəhdləri ilə qızışır”, - Serdyukov vurğulayıb.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər