Ermənistan Baş Prokurorluğu general-mayor Karen Arstamyan barəsində axtarış elan edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə sözügedən qurum məlumat yayıb.
Arstamyana qarşı müharibə zamanı xidmətə səhlənkar münasibət göstərdiyinə görə dövlət ittihamı irəli sürülüb. 2024-cü ilin sonunda məhkəmə onu qiyabi həbs edib.
Cinayət işi 44 günlük müharibənin epizodları ilə bağlıdır.
Müharibə zamanı diviziyanın bölmələrindən biri Azərbaycan ordusu tərəfindən (Qarabağda – red.) mühasirəyə alınıb və ciddi itkilər verib. Olaydan sonra ölən əsgərlərin valideynləri Arstamyanı düzgün koordinasiya təşkil etməməkdə və vəziyyəti nəzarətə götürməməkdə günahlandırıblar.
General 44 günlük müharibədə Ermənistan ordusunun diviziya komandiri olub.