30 Yanvar 17:47
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Fin körfəzinin adını dəyişdirməlidir.

Teleqraf.com xəbər verir ki, Rusiya Hərbi Tarix Cəmiyyətinin direktoru Mixail Myaqkov TASS-a deyib.

“Mənə elə gəlir ki, bu körfəzin məntiqi adı Sankt-Peterburq körfəzi və ya Sankt-Peterburq buxtası olardı”, - tarixçi bildirib.

Myaqkov bu “ad”ın seçilməsini Sankt-Peterburqun körfəz sahillərindəki ən böyük şəhər olması ilə izah edib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Trampdan ilhamlanan Saratov Vilayət Dumasının Kommunist Partiyasından olan deputatı Denis Bulanov Qara dənizin adının “Rusiya dənizi” adlandırılmasını təklif etmişdi. Onun sözlərinə görə, qədim rus salnamələrində dəniz belə adlanır.

ABŞ-nin yeni Prezidenti Donald Trampın bu vəzifədə verdiyi ilk sərəncamlardan biri Meksika körfəzinin adının dəyişdirilərək, “Amerika körfəzi” adlandırılması ilə bağlı olmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər