Qəzza zolağından 5 Tailand vətəndaşının azad edilməsindən sonra daha 5 əcnəbi girov Fələstinin HƏMAS hərəkatının əsirliyində qalıb.
Teleqraf.com xəbər verir ki, bunu İsrail hökuməti yanında məhbuslar və itkin düşmüş şəxslərlə bağlı koordinator Qal Hirş bildirib.
“Bu günə qədər HƏMAS və İslami Cihad həm sağ, həm də həlak olan 10 əcnəbini girov saxlayıb" - Hirş deyib.