ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxış edərək, "Bombardier CRJ700" sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması nəticəsində bütün ekipaj üzvlərinin və sərnişinlərin həlak olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
O, ölənlər arasında Rusiya vətəndaşlarının da olduğunu təsdiqləyib və başsağlığı verib.
“Ailələr Amerikada və Rusiyada kədərlənirlər. Sərnişinlər arasında çox istedadlı bir rus qrupu da var idi. Təəssüf ki, onlar bu təyyarədə həlak olublar. Çox, çox üzr istəyirəm” - prezident çıxışında deyib.