30 Yanvar 22:19
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçika Mülki Aviasiya İdarəsi uçuşun idarə edilməsi sistemində ciddi texniki nasazlığa görə milli hava məkanını müvəqqəti bağlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Belqa" xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, nasazlıq Belçikanın hava hərəkətini idarə edən xidmət şirkəti "Skeyes"in işinə təsir edib. Hadisə nəticəsində hava hərəkəti tamamilə dayanıb. Uğursuzluğun səbəbi və miqyası ilə bağlı təfərrüat hələlik açıqlanmayıb.

Qeyd olunur ki, Belçika hava məkanında olan bütün təyyarələr texniki nasazlıq səbəbindən qonşu ölkələrə yönləndirilir.


Müəllif: Arzu

Oxşar xəbərlər