"Dövlət Duması Rusiyada satanizmin qadağan edilməsi ilə bağlı layihə hazırlayır və yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək".
Teleqraf.com xəbər verir ki, bunu deputat Nikolay Burlyayev Dumanın “Rusiyanın Ruhani Cəbhəsi” mövzusunda keçirilən dəyirmi masasında deyib .
“Satanizmin aktiv bir quruluş olduğu haqqında danışılırdı. Duma bununla bağlı layihə hazırlayır və sənəd yaxın vaxtlarda ictimai müzakirəyə çıxarılacaq”, - deputat bildirib.