30 Yanvar 15:15
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Baş naziri İrakli Kobaxidzenin Azərbaycandan sonra Ermənistana səfəri təsadüfi deyil.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Akop Badalyan deyib.

“Hazırda İrəvanda olan Gürcüstan Baş naziri İrakli Kobaxidze bir neçə gün əvvəl Bakıda Tbilisinin Ermənistan və Azərbaycana üçtərəfli iqtisadi əməkdaşlıq formatı təklif etdiyini açıqlamışdı. Kobaxidze təklifinin konkret nədən ibarət olacağı ilə bağlı ətraflı məlumat vermədi, çox güman ki, onları bu gün İrəvana təqdim edəcək.

Yeri gəlmişkən, Kobaxidzenin səfərindən bir gün əvvəl Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasla bağlı açıqlamada şuranın “yurisdiksiyasına aid məsələlər”in müzakirə edildiyi bildirilib. Əlbəttə, səthi açıqlama müzakirə olunan məsələ və ya məsələlərin hətta ümumi olsa belə, ictimaiyyətə açıqlanmasının zəruri hesab edilmədiyini göstərir.

Ona görə də mümkündür ki, Gürcüstan baş nazirinin səfəri ilə bağlı gündəlik Təhlükəsizlik Şurasında müzakirə olunub, belə demək mümkünsə, buna uyğun müəyyən mövqe hazırlanıb”, - ekspert qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər