30 Yanvar 18:48
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS silahlıları tərəfindən azad ediləcək girovlar üçün təhlükəsizlik zəmanəti alana qədər fələstinli məhbusların azad edilməsini müvəqqəti dayandırmağı əmr edib.

Teleqraf.com xəbər verir ki, bu barədə baş nazirin ofisi bəyanat yayıb.

"Netanyahu müdafiə naziri İsrael Kats ilə birlikdə girovlarımızın təhlükəsiz çıxışı təmin olunana qədər terrorçuların azad edilməsini təxirə salmağı əmr edib" - bəyanatda deyilir.

Zəmanətləri təmin etmək üçün İsrail vasitəçilərdən kömək istəyir.


Müəllif: Arzu

Oxşar xəbərlər