Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Rusiyanın Kursk vilayətinin ərazilərinin Zaporoje atom elektrik stansiyası (AES) ilə dəyişdirilməsi ideal variant olardı.
Teleqraf.com xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert, polkovnik Petro Çernik bildirib.
Onun sözlərinə görə, bu ərazilər Ukraynaya lazım deyil, bunlar öz torpaqlarını geri almaq üçün saxlanılır.
“Müharibədən çıxış yolu tapmaq prosesi başlayıb. Kursk bizə lazım deyil, oranı ilhaq etmək fikrimiz yoxdur. Amma potensial olaraq, buranı Zaporoje AES ilə dəyişdirmək ideal seçimdir”, - Çernik deyib.