30 Yanvar 13:01
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

2011-ci ildən Suriyada Əsəd rejimini devirmək üçün silahlı mübarizə aparan bütün qruplaşmalar ləğv edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriyanın yeni rəhbəri Əhməd Şəra məlumat verib.

“Suriyanın bu gün prioritetləri hakimiyyət boşluğunu doldurmaq, daxildə sülhü qorumaq, dövlət institutları qurmaq, iqtisadi inkişaf infrastrukturu yaratmaq və Suriyanın beynəlxalq və regional nüfuzunu bərpa etməkdir”, - prezident bildirib.

Ölkənin Hərbi Əməliyyatlar Komandanlığının sözçüsü polkovnik Həsən Əbdülqani keçmiş rejim ordusunun da tamamilə ləğv edildiyini və Suriya ordusunun sıfırdan yeni təməllər üzərində qurulacağını qeyd edib:

“Devrilmiş rejimin bütün təhlükəsizlik xidmətlərinin, bütün silahlı birləşmələrin ləğv edildiyini və vətəndaşların təhlükəsizliyini qoruyan yeni təhlükəsizlik qurumunun yaradıldığını bəyan edirik. Bundan əlavə, bütün hərbi qruplar, siyasi və mülki inqilabi orqanlar ləğv edilərək dövlət institutlarına birləşdirilib”.

Bu çərçivədə 20-yə yaxın silahlı dəstənin rəsmən ləğv edildiyi və bu qrupların hamısının yeni qurulan orduya daxil ediləcəyi bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər