ABŞ prezidenti Donald Trampın Yaxın Şərqin xüsusi nümayəndəsi bildirib ki, Qəzza bölgəsində bərpa işləri 10-15 il çəkə bilər.
Teleqraf.com xəbər verir ki, bunu Stiv Uitkoff bəyan edib.
Xüsusi nümayəndə deyib: "Belə bir fikir gəzir ki, biz Qəzza üçün beş ilə etibarlı plan hazırlaya bilərik. Amma bu mümkün deyil. Bərpa planı 10-15 ili əhatə edə bilər".
Onun sözlərinə görə, dağıdılmış obyektlərin sökülüb çıxarılması prosesinin özü təxminən beş il apracaq.