12:26
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa heç bir səbəb göstərmədən yanvarın 31-dən Parisə planlaşdırılmış İranın “AirTour” hava yolları şirkətinin reysinə icazəni ləğv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumun direktoru Seyid Razi Musəvi məlumat verib.

“Fransa hava nəqliyyatı tənzimləyicisi absurd şəkildə və heç bir səbəb göstərmədən “AirTour”un Parisə olan növbəti reysini ləğv edib”, - şirkətin direktoru qeyd edib.

Musəvi əlavə edib ki, hazırda aviaşirkət Fransa ilə danışıqlar aparır:

“AirTour” özəl şirkətdir və siyasətlə heç bir əlaqəsi yoxdur”.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər