30 Yanvar 23:20
207
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qərb ölkələri Rusiya enerjisindən azad olmaq üçün yüksək qiymət ödədilər".

Teleqraf.com xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen deyib.

“Rusiyadan qaz idxalı təxminən 75% azalıb. İndi biz oradan cəmi üç faiz neft alırıq və ümumiyyətlə, kömürdən istifadə etmirik”, - AK rəhbəri bildirib.

Von der Leyen əlavə edib ki, Rusiya enerjisindən imtina etdikdən sonra bir sıra ev təsərrüfatları və müəssisələr yüksək enerji xərcləri ilə üzləşiblər.

AK rəhbəri qeyd edib ki, bu, bəzi sənaye sahələrinin bağlanmasına, kimya və avtomobil sənayesinin isə uçurumun kənarında olmasına gətirib çıxarıb.


Müəllif: Arzu

Oxşar xəbərlər