Ermənistanda səfərdə olan Gürcüstan xarici işlər naziri Maka Boçorişvili İrəvanda qondarma erməni soyqırımı memorialını ziyarət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Gürcüstanın xarici işlər nazirini ziyarətdə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan müşayiət edib.
Boçorişvili qondarma kompleksin ərazisindəki “Yaddaş parkı”nda “qurbanların xatirəsi” üçün küknar ağacı əkib.