ABŞ Dövlət Departamenti Vaşinqtondakı qəzada üç rusiyalının həlak olduğunu təsdiqlədi.
Teleqraf.com xəbər verir ki, Dövlət Departamenti onların adlarını açıqlayıb.
Bunlar Yevgeniya Şişkova, Vadim Naumov və İnna Volyanskidir. Onlar ABŞ-da yaşayıb-işləyir, hər üçü fiqurlu konkisürmə ilə məşğul olurdular.
Şişkova və Naumov hətta Rusiya yığmasının tərkibində çempionluğa ucalıblar.
İdmançıların hər üçü ABŞ-da məşqçi kimi çalışırmışlar.