12:50
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsult keçirən Xalq artisti Fatma Mahmudovanın son durumu haqqında qızı İntizar Tofiqqızı danışıb.

Teleqraf.com-a açıqlamasında o, anasının müalicəsinin reanimasiyada davam etdiyini deyib.

"Anam hələ də xəstəxananın reanimasiya şöbəsindədir. Dünən ona baş çəkə bildim, bir az mənimlə danışdı. Məndən başqa yanına getməyə heç kimə icazə verilmir. Reanimasiyadan nə zaman çıxarılacağını bilmirəm", - deyə o qeyd edib.

Xalq artistinin qızı anası haqqında sosial şəbəkələrdə yazılan tənqidi şərhlərə münasibət bildirib: "Çox xahiş edirəm, anam haqqında sosial şəbəkələrdə xoşagəlməz heç nə yazmasınlar. Bu bizə çox pis təsir edir".

Qeyd edək ki, Fatma Mahmudovanın 70 yaşı var.





Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər