Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi Ankarada Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov paylaşım edib.
“Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan böyük dövlət xadimi Məhəmməd Əmin Rəsulzadəni anadan olmasının 141-ci ildönümündə məzarı başında rəhmət və ehtiramla yad etdik.
Ruhu şad olsun!”, - paylaşımda qeyd edilib.