13:55
2 409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası komissiyaları arasında görüş barədə razılıq əldə edildikdə, həmin gün elan olunacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, hər şey komissiyaların reqlamentində göstərildiyi kimi baş verəcək:

“Artıq razılaşma var ki, qarşıdakı dövrdə komissiyalar və tərəflər Ermənistan-Azərbaycan sərhədinin Gürcüstan sərhədindən İran sərhədinə qədər demarkasiyası işinə diqqət yetirəcəklər.

Sülh müqaviləsi ilə bağlı isə deyəcək yeni bir şey yoxdur, layihədəki 17 maddədən 15-nin razılaşdırıldığını artıq açıqlamışam. İki fikir ayrılığı var və Ermənistan onların hər ikisi üçün həll yolları təklif edib.

Biri üçüncü ölkə qüvvələrinin sərhəd boyu yerləşdirilməməsinə aiddir. Təklif edirik ki, bu, sərhədin demarkasiya olunmuş hissələrində tətbiq edilsin.

Hüquq müstəvisində da problem var, bu, müəyyən şərait və şərtlər daxilində bizim üçün məqbul sayıla biləcək mübahisələrin beynəlxalq qurumlardan (məhkəmələrdən) geri götürülməsi mövzusudur.

İdeya ondan ibarətdir ki, əmin olmalıyıq ki, beynəlxalq instansiyalarda təkcə nələrisə geri götürmürük, həm də bu mübahisələrdən tamamilə imtina edirik. Yəni elə bir vəziyyət yarana bilər ki, biz bir iddianı geri götürürük, Azərbaycan da öz iddialarını geri götürür, yəni qarşılıqlı razılaşırıq”.

Paşinyan əlavə edib ki, bir tərəf iddiasından geri çəkilsə, digəri götürməsə, bu, tərəflər arasında eskalasiyaya gətirib çıxara bilər.

Ermənistan baş naziri hesab edir ki, qalan iki bəndi müəyyən şərtlər daxilində razılaşdırmaq mümkündür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər