14:24
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan iki ölkə arasında nəqliyyat yollarının açılması ilə bağlı Azərbaycana konkret təkliflər verib.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Təklif eləmişik ki, Azərbaycanın qərb rayonlarından Naxçıvan Muxtar Respublikası və əksinə dəmir yolu ilə yükdaşımaları olsun, amma eyni prinsiplə Ermənistandan Azərbaycan ərazisi ilə, Azərbaycandan da Ermənistan ərazisi ilə beynəlxalq ticarət və yükdaşımaları üçün əlaqə yaradılsın.

Həmin təkliflərin mühüm nüanslarından biri də odur ki, atmosferi və münasibətlərdəki gərginliyi nəzərə alaraq, indiki mərhələdə bir müddət yükdaşımalarına başlayırıq, ardınca atmosfer daha uyğun olanda sərnişindaşımaları haqqında düşünürük”, - baş nazir bildirib.

Paşinyan vurğulayıb ki, o, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçidə etiraz eləmir:

“Maneəsiz kommunikasiyaların əleyhinə deyilik, amma bu, Ermənistanın yurisdiksiyasından yan keçmək demək deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər