10:12
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada qazın orta qiyməti yanvarda 6 faiz artaraq 1000 kubmetr üçün təxminən 517 dollar təşkil edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qiymət artımına soyuq qış fonunda Avropada anbarlardan istifadə tempinin yüksək olması və Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması təsir edib.

Ötən ilin payızından başlayaraq Avropadakı mərkəzlərdə qaz qiymətləri tədricən artmağa başlayıb.

2024-cü ilin dekabrında qitədə qazın orta qiyməti 1000 kubmetr üçün 489 dollar, bu ilin yanvarında isə 517 dollar təşkil edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər