Zəngəzurun təhvil verilməsi prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Davit Ananyan deyib.
“Son günlər baş verənlər Sünikin (Zəngəzur) təhvil verilməsi prosesinin artıq başladığını aydınlaşdırmaq üçün həyəcan siqnalıdır. Çox güman ki, Nikol Paşinyanın bugünkü mətbuat konfransında irimiqyaslı və bəlkə də əvvəlcədən müəyyən edilmiş nələrinsə hazırlandığına dair bir növ işarə və ya elan olacaq”, - ekspert qeyd edib.