Milli Depozit Mərkəzi Çağrı Mərkəzinin qaynar xətt nömrəsini yeniləyib.
Teleqraf.com xəbər verir ki, bugündən etibarən vətəndaşların Milli Depozit Mərkəzinə müraciətləri, “966-0” nömrəsi ilə deyil, yeni “966-9” qısa nömrəsi vasitəsilə qəbul ediləcək.
“Bu yeniləmə, müasir texnologiyaların tətbiqi əsasında müraciət proseslərini sadələşdirmək, investor sorğularına dəqiq və operativ cavab vermək üçün həyata keçirilib. Yeni nömrəyə həm stasionar, həm də mobil telefonlardan zəng etmək mümkündür”, - deyə Mərkəzin açıqlamasında deyilir.
Çağrı Mərkəzi iş günləri ərzində saat 09:00-dan 18:00-a qədər fasiləsiz fəaliyyət göstərir.