2024-cü ilin yanvar-dekabr aylarında qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərdən olan "Azərbaycan Hava Yolları" QSC-nin ixracı azalıb.
Teleqraf.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ixrac hesabatının yanvar buraxılışına istinadən xəbər verir ki, şirkət 2024-cü ildə 14,6 milyon dollarlıq xidmət ixrac edib. Bu rəqəm ötən illə müqayisədə 25,16 faiz, yəni, 3,9 milyon dollar azdır.
Onu da qeyd edək ki "Azərbaycan Hava Yolları" QSC 2023-cü ili 117 milyon 683 min manat xalis mənfəət ilə başa vurub.