Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanın xarici işlər naziri Devid Lemminin London-Kiyev tarixi əlaqələri haqqında açıqlamasına ironiya ilə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə öz teleqram kanalında yazıb.
Lemmi Britaniya ilə Ukrayna arasında tərəfdaşlığln min illər əvvələ gedib çıxdığını bildirib. Zaxarova isə buna münasibət olaraq deyib: "Demək onun kökləri Misir piramidalarına gedib çıxır? Niyə bu qədər az? Hətta birlikdə brontozavr ovlayıblar".