5 Fevral 23:31
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq fevralın 20-də Kiyevə gələcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenko Telegram kanalında məlumat verib.

“O, Trampın sülh planını Münhen Təhlükəsizlik Konfransında təqdim edəndən dərhal sonra Kiyevə gələcək”, – deputat bildirib. .

K.Kelloq fevralın 14-də başlayacaq Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək və orada ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı planlarını açıqlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər