5 Fevral 21:21
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) müxalifətin hökumətə etimadsızlıq barədə qətnaməsini rədd edib.

Teleqraf.com xəbər verir ki, Milli Assambleyanın internet saytında yayımlanan iclasda səsvermənin nəticələri məlum olub.

2025-ci il büdcəsinin qəbulu prosesində qanun pozuntularının olduğunu iddia edən müxalifət palataya iki qətnamə təqdim etsə də, təkliflər dəstəklənməyib.

Qətnamənin lehinə 128 parlamentari səs verib. Etimadsızlıq səsverməsi üçün isə Milli Assambleyanın 577 üzvündən ən azı 289-nun səsi tələb olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər