01:14
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Antidopinq Agentliyi ( WADA ) rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyevadan İsveçrə Ali Məhkəməsinə verdiyi şikayətin rədd edilməsinə görə məhkəmə xərclərini ödəməsini tələb edir.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“WADA məhkəmə xərclərinin ödənilməsi ilə bağlı xanım Vəliyevanın komandası ilə əlaqə saxlayır”, - WADA-nın mətbuat xidmətindən bildiriblər.

29 yanvar 2024-cü ildə İdman Arbitraj Məhkəməsi (CAS) Vəliyevanı dopinqdə təqsirli bilib və idmançını diskvalifikasiya edib. O, 2025-ci ilin dekabrına qədər turnirlərdə iştirak edə, dövlətə məxsus meydançalarda məşq edə bilməz. Vəliyeva şəxsi mükafatlarından məhrum edilib və bununla da Rusiya komandasının 2024-cü il Olimpiya oyunlarında öncə qazandığı qızıl medal gümüş medalla əvəz olunub.

Oktyabrın 2-də məlum olub ki, İsveçrə Federal Məhkəməsi Vəliyevanın CAS-ın qərarından şikayətini rədd edib. Fiqurlu konkisürən 7 min İsveçrə frankı məbləğində məhkəmə xərclərini ödəməlidir. Vəliyeva həmçinin xərcləri ödəmək üçün Beynəlxalq Konkisürmə İttifaqına və Ümumdünya Antidopinq Agentliyinə (WADA) hər birinə 8 min frank məbləğində təzminat verməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər