00:28
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hökumətin mediaya xərcləri, o cümlədən "Associated Press" xəbər kanalına abunəliyi vergi ödəyicilərinin pullarının israfıdır və bu dayandırılacaq.

Teleqraf.com xəbər verir ki, bunu iş adamı və ABŞ Hökumətinin Effektivliyi Departamentinin rəhbəri İlon Mask "X" sosial şəbəkəsində yazıb.

Mask ABŞ hökumətinin "Associated Press" xəbər agentliyinə milyonlarla dollar ayırmasını tənqid edib.

"Bu uzun zaman davam etməyəcək. Bu, açıq-aşkar vergi ödəyicilərinin pullarının israfıdır!" – sahibkar şikayətlənib.


Müəllif: Arzu

Oxşar xəbərlər