ABŞ Rusiya Federasiyası ilə münasibətləri normallaşdırmaq üçün ilk addımı atmalıdır. Moskva “sərt bazarlıq” rejimində dialoqa açıqdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov danşıb.
"Qarşılıqlı hörmət və bərabərlik prinsiplərinə əsaslanan danışıqları nəzərdə tutan ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində ilk addımı ABŞ atmalıdır. Biz dialoqa açığıq, tarix və coğrafiyanın əvvəlcədən müəyyən etdiyi reallıqları və milli maraqlarımızı nəzərə alaraq, sərt sövdələşmə rejimində danışıqlara hazırıq", - Ryabkov qeyd edib.
O vurğulayıb ki, indi qərarlar və seçimlər Donald Tramp və onun komandası tərəfindən qəbul edilməlidir.
“Rusiya prezidenti Vladimir Putinin dediyi kimi, biz həqiqətən də Qərblə vicdanlı tərəfdaşlığa can atırdıq, lakin onlar bizi eşitmədilər və prinsipcə eşitmək istəmirlər. Məhz buna görə də ilkin məqsəd o vaxtkı Sovet rəhbərliyinin siyasi uzaqgörənliyindən istifadə edərək, geosiyasi düşməni mümkün qədər zəiflətmək idi”,- o əlavə edib.