5 Fevral 22:12
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin ardınca İsrail də BMT İnsan Haqları Şurasından çıxmaq qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Gideon Saar "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

Onun sözlərinə görə, İsrail ABŞ prezidenti Donald Trampın BMT-nin İnsan Haqları Şurasından çıxmaq barədə qərarını alqışlayır.

“İsrail Birləşmiş Ştatlara qoşulur və UNHRC-də (BMT-nin İnsan Haqları Şurasında) iştirak etməyəcək”, - Saar yazıb.

Nazir Şuranı insan haqlarını pozanları qorumaqda və Yaxın Şərqdə "yeganə demokratik ölkə" olan İsraili daim "iblis" qismində təqdim etməkdə ittihamlayıb.


Müəllif: Arzu

Oxşar xəbərlər