Rusiyanın Samara şəhərinin keçmiş meri Viktor Tarxov və həyat yoldaşı Natalya Tarxov xüsusi amansızlıqla qətlə yetiriliblər.
Teleqraf.com "RTV"yə istinadla xəbər verir ki, bu barədə şəhərin hüquq-mühafizə orqanları məlumat yayıb.
Ər və arvadın cəsədləri təxminən bir aya yaxın metal çəlləklərdə saxlanılıb.
İstintaqın məlumatına görə, cinayət təxminən bir ay əvvəl törədilib.
Viktor Tarxov 2006-2010-cu illərdə Samaraya rəhbərlik edib.