5 Fevral 23:57
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp Qəzza zolağına Amerika qoşunlarının göndərilməsi ilə bağlı öhdəlik götürməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

“Prezident Qəzzaya qoşun yeritmək öhdəliyi götürməyib”, - o, jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, ABŞ Qəzzanın bərpası üçün pul ödəməyə hazırlaşmır.

"Trampın məqsədi regiondakı bütün insanlar üçün Yaxın Şərqdə davamlı sülhdür", - Ağ Evin mətbuat katibi bildirib.


Müəllif: Arzu

Oxşar xəbərlər