29 Aprel 2015 14:58
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın yeni seçilmiş prezidenti Nursultan Nazarbayevin andiçmə mərasiminin ardından hazırki hökumət istefa verib.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, Qazaxıstan konstitusiyasına görə, yeni seçilən prezident and içəndən sonra hakimiyyətdəki hökumət istefa verməlidir. Prezident Nazarbayev baş nazir Kərim Masimovun başçılıq etdiyi hökumətin istefasını qəbul edib.

Nazarbayev parlament və senat sədrləri ilə məşvərət iclası keçirdikdən sonra hökuməti quracaq yeni baş naziri parlamentə təqdim edəcək. Məclisin təsdiqləməsindən sonra yeni baş nazir kabinetini on gün içərisində qurduqdan sonra prezidentinə təqdim edəcək.

Samir


Müəllif:

Oxşar xəbərlər