ABŞ polisinin afroamerikalı əlil şəxsə qarşı zorakılıq görüntüləri yayımlanıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə San Fransisko şəhərində baş verib. 5 amerikalı polis bir ayağı olmayan evsiz gənci yerə yıxaraq, qandallayıb. Yayılan məlumatlara görə, gəncin təqsiri əlindəki taxta çubuqları havaya fırlatması olub.
Yayımlanan görüntülərdə polislərdən birinin əlil şəxsin protez olan ayağının üstünə basdığı da görünür. Yerdə uzanmaq məcburiyyətində qalan vətəndaş ayağında infeksiya olduğunu söyləsə də, polislər buna əhmiyyət verməyin. Videonun sonunda gəncin əlil arabası ilə polis bölməsinə aparıldığı əks olunub.
Görüntülər sosial mediada kəskin etiraza səbəb olub.
Samir