27 Avqust 2015 21:01
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Kansleri Angela Merkel qaçqın düşərgəsinə səfəri zamanı etirazla qarşılanıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Heidenauna qəsəbəsinə gedən Merkel düşərgədəki şəraitlə tanış olub. Düşərgədə toplanan yüzlərlə qaçqın Merkeli xəyanətdə və mətbuata yalan danışmaqda ittiham edib.

Onlar Kanslerin bu məsələ ilə də yaxından maraqlanmasını tələb ediblər. Merkel isə bu məsələnin Almaniya hökumətinin gündəmində olduğunu bildirib. O, alman polisinin qaçqınlara qarşı törətdiklərini də pisləyib.

Qeyd edək ki, Drezden şəhərində polislə qaçqınlar arasında baş verən toqquşmada çoxlu sayda insan xəsarət alıb.

Samir


Müəllif:

Oxşar xəbərlər