Meksika mafiyasının ən məşhur cinayətkar qruplarından birinin qadın rəhbəri Melissa Marqarita Kalderonu sevgilisi polisə satıb.
Teleqraf.com xəbər verir ki, onun 300 kişilik dəstəsi son 10 ildə 150-dən çox cinayətdə şübhəli bilinir.
Melissanın sevgilisi Hektor Pedro Qomez polislə gizlicə razılığa gəlib. O, Melissaya məhkəmədə az cəza verilməsi şərtilə onun tutulmasına kömək edəcəyini bildirib. Qadın cinayətkar sevgilisi Qomezlə birlikdə sentyabrın 19-da "Los Kabos" hava limanında həbs edilib.
30 yaşlı Melissanın dünyanın ən güclü narkotik qruplaşması kimi tanınan Sinaloa karteli ilə əlaqəli olduğu bilinir.
Rüstəm