Şimali Koreya Çinə məxsus döyüş təyyarələrinin bu ölkənin hava məkanına qanunsuz daxil olması ilə bağlı rəsmi Pekinə nota göndərib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Koreya Xalq Demokratik Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Çinə məxsus iki döyüş təyyarəsi bu gün səhər saatlarında KXDR-nin hava məkanına daxil olub. İnsidentin qarşısını almaq üçün dərhal Şimali Koreya qırıcıları havaya qaldırılıb. Bundan sonra Çin təyyarələri bu ölkəninin hava məkanını tərk edib.
Elvin