Bu barədə Teleqraf.com-a müsabiqənin təşkilat komitəsindən məlumat verilib:
“Artıq müsabiqəyə 50-dən çox müəllif qatılıb. Əsər qəbulu tam şəffaf şəkildə, heç bir qayda pozuntusuna yol verilmədən aparılır. Təşkilat komitəsi müəlliflərə bir daha xatırladır ki, müsabiqədə yalnız 40 yaşına qədər olan şəxslər iştirak edə bilər. Buna görə də, müəlliflər əsərləri ilə birlikdə şəxsiyyət vəsiqələrinin sürətini də göndərməlidirlər.
Hər müəllif müsabiqəyə çap olunmamış və yalnız bir hekayə ilə qoşula bilər. Mövzu məhdudiyyəti yoxdur. Müsabiqəyə göndərilən hekayələrin həcmi 15 min işarədən çox olmamalıdır”.
Qeyd edək ki, müsabiqəyə əsər qəbulu 30 iyunda bitəcək. Müəlliflər mətnlərini [email protected] elektron poçtuna göndərə bilərlər.
“Mövlud Mövlud Mükafatı” laureatı adını qazanan yazarlar pul və diplomla mükafatlandırılacaqlar. Belə ki, birinci yerin qalibinə 1000 manat, ikinci yerə 700 manat, üçüncü yerin qalibinə isə 500 manat təqdim olunacaq.
Müsabiqədə 10-luğa düşən əsərlər kitab halında çap olunacaq.
Mükafatlandırma mərasimi sentyabrın sonunda baş tutacaq.
Xatırladaq ki, gənc yazar Mövlud Mövlud martın 16-da faciəli şəkildə dünyasını dəyişib.
Nərmin