11 Sentyabr 2017 20:24
1 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə doktoru Şölət Zeynalovun “Dialoq fəlsəfəsi” adlı kitabı işıq üzü görüb.

Teleqraf.com xəbər verir ki, “Avropa” nəşriyyatında çap olunan kitab sivilizasiya, mədəniyyət və dinlərarası münasibətlərin açarı hesab edilən dialoq probleminə həsr edilib.

Kitabda ölkə rəhbərliyinin müasir dünyada sülhü, multikulturalizmi, həmrəyliyi təbliğ etməsi, dinlərarası, mədəniyyətlərarası, sivilizasiyalararası ahəngin, harmoniyanın qorunması istiqamətində aparılan rasional siyasətindən bəhs olunur.

Monoqrafiya dialoq problemi ilə məşğul olan alimlər, tədqiqatçılar, magistrlər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

“Dialoq fəlsəfəsi” kitabının elmi redaktoru BDU-nun professor Fərman İsmayılov, rəyçiləri AMEA-nın Fəlsəfə İnstitutunun “İslam Fəlsəfəsi” şöbəsinin müdiri Sakit Hüseynov və fəlsəfə üzrə fəlsəfə doktoru Gündüz Süleymanovdur.

Şölət Zeynalov respublika daxilində və xaricdə çap olunmuş 30-dan artıq elmi məqalənin müəllifidir.


Müəllif: Könül

Oxşar xəbərlər